Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 921 yeni yoluxma faktı qeydə alınıb, 1 382 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 610 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 586 666 nəfər müalicə olunaraq sağalıb, 8 199 nəfər vəfat edib. 15 453 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 676, bu günə qədər isə ümumilikdə 5 750 604 test icra olunub.