Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 680 yeni yoluxma faktı qeydə alınıb, 2 134 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 703 334 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 648 512 nəfər müalicə olunaraq sağalıb, 8 898 nəfər vəfat edib, aktiv xəstə sayı 45 924 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 442, ötən müddət ərzində isə ümumilikdə 6 278 899 test aparılıb.