Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 832 yeni yoluxma faktı qeydə alınıb, 2 329 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 768 502 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 767 702 nəfər müalicə olunaraq sağalıb, 9 438 nəfər vəfat edib, aktiv xəstə sayı 9 362 nəfərdir.

Ölkədə son sutka ərzində 8 865, hazırkı dövrədək isə 6 563 829 test aparılıb.