Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 865 yeni yoluxma faktı qeydə alınıb, 2 044 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 787 367 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 769 746 nəfər müalicə olunaraq sağalıb, 8 167 nəfər vəfat edib, aktiv xəstə sayı 9 454 nəfərdir.

Ölkədə son sutka ərzində 8 487, hazırkı dövrədək isə 6 572 316 test aparılıb.