Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 31 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791814 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781819 nəfər müalicə olunaraq sağalıb, 9687 nəfər vəfat edib, aktiv xəstə sayı 308 nəfərdir.

Ölkədə son sutka ərzində 4 481, hazırkı dövrədək isə 6 692 062 test aparılıb.