Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 019 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 974 nəfər müalicə olunaraq sağalıb, 9 697 nəfər vəfat edib, aktiv xəstə sayı 348 nəfərdir.

Ölkədə son sutka ərzində 4 297, hazırkı dövrədək isə 6 710 309 test aparılıb.