Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycanda son sutkada koronavirusa 28 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda indiyədək ümumilikdə 792216 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 782293 nəfər müalicə olunaraq sağalıb, 9703 nəfər vəfat edib, aktiv xəstə sayı 220 nəfərdir.

Ölkədə son sutka ərzində 3826, hazırkı dövrədək isə 6739008 test aparılıb.