Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 151 yeni yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 794 398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 961 nəfər müalicə olunaraq sağalıb, 9 723 nəfər vəfat edib, aktiv xəstə sayı 714 nəfərdir.

Ölkədə son sutka ərzində 2 487, hazırkı dövrədək isə 6 999 322 test aparılıb.