Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 337 yeni yoluxma faktı qeydə alınıb, 152 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfə vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 795 832 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 508 nəfər müalicə olunaraq sağalıb, 9 733 nəfər vəfat edib, aktiv xəstə sayı 1 591 nəfərdir.

Ölkədə son sutka ərzində 3 087, hazırkı dövrədək isə 7 018 167 test aparılıb.