Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 545 yeni yoluxma faktı qeydə alınıb, 479 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 807 017 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 793 747 nəfər müalicə olunaraq sağalıb, 9 784 nəfər vəfat edib, aktiv xəstə sayı 3486 nəfərdir.

Ölkədə son sutka ərzində 3 802, hazırkı dövrədək isə 7 110 178 test aparılıb.