Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycanda son sutkada 144 nəfər koronavirusa yoluxub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, 112 nəfər müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib.

Ölkədə bu günədək ümumilikdə 808 713 nəfər koronavirusa yoluxub. Onlardan 795 222 nəfər müalicə olunaraq sağalıb, 9 793 nəfər ölüb, hazırda aktiv xəstə sayı 3 698 nəfərdir.

Son gün ərzində 2 280, hazırkı dövrədək isə 7 122 716 test aparılıb.