Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 554 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada koronavirusdan səkkiz nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 814 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 801 276 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 346 aktiv xəstə var. Bu günə qədər 9 813 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 191, bu günə qədər isə ümumilikdə 7 162 508 test icra olunub.