Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 18 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 082 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 811 nəfər müalicə olunaraq sağalıb, 10 096 nəfər vəfat edib, aktiv xəstə sayı 175 nəfərdir.