Koronavirusa yoluxanların sayı açıqlandı backend

Son sutka ərzində Azərbaycanda koronavirusa 77 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 3 984, hazırkı dövrədək isə 2 412 034 test aparılıb.