Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 180 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 233 989 nəfər koronavirus infeksiyasına yoluxub.