Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 239 692 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 230 726 nəfər müalicə olunaraq sağalıb, 3 276 nəfər vəfat edib, aktiv xəstə sayı 5690 nəfərdir.
Ölkədə son sutka ərzində 10 470, hazırkı dövrədək isə 2 701 181 test aparılıb.
Qeyd edək ki, ötən sutka aparılan testlər zamanı 576 nəfərin nəticələri pozitiv çıxmışdı.