Koronavirusa yoluxanların sayı açıqlanıbbackend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 632 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 864 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 59 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 752, bu günə qədər isə ümumilikdə 6 836 568 test icra olunub.