Koronavirusa yoluxanların sayı açıqlanıbbackend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada koronavirusdan ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 812 248 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 798 867 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 576 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 841, bu günə qədər isə ümumilikdə 7 147 186 test icra olunub.