Koronavirusa yoluxanların sayı açıqlanıbbackend

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına üç yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 735 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 386 nəfər müalicə olunaraq sağalıb, 10 272 nəfər vəfat edib, aktiv xəstə sayı 77 nəfərdir.