Koronavirusa yoluxanların sayı azaldıbackend

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3305 yeni yoluxma faktı qeydə alınıb, 3423 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 439 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 380 710 nəfər müalicə olunaraq sağalıb, 5800 nəfər vəfat edib, aktiv xəstə sayı 53 052 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 172, ötən müddət ərzində isə ümumilikdə 4 535 906 test aparılıb.