Koronavirusa yoluxanların sayı ikiqat artdıbackend

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 508 yeni yoluxma faktı qeydə alınıb.

Test nəticəsi daha əvvəl pozitiv çıxmış 610 nəfər isə müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 365 009 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 338 279 nəfər müalicə olunaraq sağalıb, 5 138 nəfər vəfat edib, aktiv xəstə sayı 21 592 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 956, ötən müddət ərzində isə ümumilikdə 4 195 064 test aparılıb.