Azərbaycanda koronavirusa (COVID-19) 596 yeni yoluxma faktı qeydə alınıb, 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 13 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 11808 nəfərdir.
Ölkədə son sutka ərzində 5081, hazırkı dövrədək isə 1368620 test aparılıb.
Ümumi ölənlərin sayı 753 nəfərdir.
İctimai.az

