Koronavirusa yoluxanların sayı sağalanları üstələdibackend

Azərbaycanda koronavirusa 21 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Ümumilikdə 792 412 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 584 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib, aktiv xəstə sayı 122 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 522, ötən müddət ərzində isə ümumilikdə 6 780 926 test aparılıb.