Koronavirusla bağlı SON STATİSTİKAbackend

Dünyada 122 376 706 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 2 703 252 xəstə ölüb, 98 662 112 nəfər sağalıb.

Avropada 37 004 639, Şimali Amerikada 34 899 210, Asiyada 26 604 655, Cənubi Amerikada 19 707 832, Afrikada isə 4 106 497 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (30 358 880 nəfər), Braziliya (11 787 600 nəfər), Hindistan (11 514 331 nəfər), Rusiya (4 428 239 nəfər) və Böyük Britaniyadır (4 280 882 nəfər).

Türkiyədə 2 950 603, İranda 1 778 645, Gürcüstanda 276 436, Ermənistanda isə 181 165 nəfərdə koronavirus müəyyən edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (93 824 nəfər), İranda (61 581 nəfər) və Türkiyədədir (29 777 nəfər).

Azərbaycanda koronavirusa yoluxan 243 424 nəfərin 3 314-ü ölüb, 231 894-ü sağalıb.