Körpə Kamçatkada tullantılardan birində tapılıbbackend

Petropavlovsk-Kamçatskidə, poliqon ərazisində işçilər tullantıların arasından yeni doğulmuş körpə tapıblar. Bu barədə Rusiya Federasiyasının Kamçatka ərazisi üzrə İstintaq İdarəsi məlumat yayıb.

Hadisə martın 6-da baş verib, Petropavlovsk-Kamçatski poliqonunun işçiləri tullantılarda həyat əlamətləri olmayan yeni doğulmuş körpə aşkar ediblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, müstəntiqlər hadisə yerinə baxış keçirib, şahidlər dindirilib və bir sıra məhkəmə-tibbi ekspertizalar təyin edilib.

Bu fakt əsasında rayonun İstintaq Komitəsi cinayət işi açıb, yeni doğulan körpənin anasının şəxsiyyəti müəyyənləşdirilir.

Mənbə: TASS