Kosmik fəaliyyətlərlə bağlı ABŞ-ın milli təhlükəsizliyinə təhdidbackend

ABŞ-ın milli təhlükəsizliyi üçün adı açıqlanmayan ciddi təhlükə kosmik sahə ilə bağlı ola bilər. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, vəziyyət Rusiya və kosmosdakı bəzi fəaliyyətlərlə bağlı ola bilər. Agentlik təfərrüatları təqdim etmir.

Bundan əvvəl ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan fevralın 15-də ABŞ-ın müəyyən “milli təhlükəsizliyinə təhdid”lə bağlı Konqres liderləri üçün şəxsən brifinq keçirəcəyini bildirib. Lakin o, jurnalistlərə hər hansı izahat verməkdən imtina edib.

Mənbə: Reuters