Kosta Rika milli fövqəladə vəziyyət elan etdibackend

Kosta-Rika hakimiyyəti Panama vasitəsilə gələn miqrant axını ilə əlaqədar milli fövqəladə vəziyyət elan edib, prezident Rodriqo Çaves Robles bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.

Prezident qeyd edib ki, Kosta Rika miqrantlar üçün tranzit ölkədir və onların əksəriyyəti ABŞ-a çatmağa çalışır. Miqrantlar əsasən Venesuelalılar, Ekvadorlular, Çinlilər, Kolumbiyalılar, həmçinin Haiti, Yəmən və Banqladeşdən olan şəxslərdir. Ölkə ərazisindən xeyli sayda insan keçdiyi üçün prezident fövqəladə vəziyyət elan etməyə çağırıb.

Təkcə sentyabr ayında 60 mindən çox insan Panama ilə sərhədi keçərək şəhərin əhalisindən üç dəfə çox olan Paso Kanoas kəndinə gəlib. Mütəşəkkil miqrasiyanın təşkili, o cümlədən biometrik məlumatların qeydiyyatı və toplanması, qida və su təchizatı, zibillərin yığılması, nəqliyyat və digər aspektlər milli səviyyədə fövqəladə tədbirlər olmadan mümkünsüz olur.

Mənbə: RİA Novosti