Kosta-Rika prezidenti nüfuz alveri ittihamına cavab verib

Kosta-Rika prezidenti Rodriqo Çaves Robles bildirib ki, respublikanın Baş Prokurorluğu tərəfindən araşdırılan nüfuz alveri ittihamı absurddur. RİA Novosti xəbər verir ki, o, bu barədə jurnalistlərə Kartaqo şəhərinə səfəri zamanı bildirib.

“Bu absurddur, indi bu barədə danışmağın vaxtı deyil” dedi.

Qeyd olunur ki, Kosta-Rika Baş Prokurorluğu bu həftə ölkə lideri Çavesə, onun administrasiyasının rəhbərinə, rabitə nazirinə və Milli Qadın İnstitutunun rəhbərinə qarşı nüfuz alveri ittihamı ilə istintaq təşkil edib. Buna səbəb kimi keçmiş həyat yoldaşı Yafit Ohana və məmurlar tərəfindən yalan və nüfuzdan salan məlumatların yayılmasını açıqlayan iş adamı Leonel Baruçun şikayəti olduğu göstərilir.

Mənbə: RİA Novost

Oxşar xəbərlər