Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ukraynalı diversantların Belqorod vilayətində təşkil etdiyi təxribatın məqsədi diqqəti Baxmut istiqamətindən yayındırmaq və Artemovskın itirilməsinin siyasi effektini azaltmaqdır.
“Biz bu cür təxribatın məqsədini mükəmməl başa düşürük – diqqəti Baxmut istiqamətindən yayındırmaq, Ukrayna tərəfinin Artemovskı itirməsinin siyasi təsirini minimuma endirmək”, – Peskov deyib.
O, həmçinin bildirib ki, Belqorod vilayətində baş verənlər barədə Rusiya prezidenti Vladimir Putinə məlumat verilib.
Mənbə: RİA Novosti

