Rusiyanın Səudiyyə Ərəbistanında keçiriləcək ABŞ-Ukrayna danışıqlarından nə gözlədiyinin əhəmiyyəti yoxdur, önəmli olan ABŞ və bütün digər ölkələrin Ukrayna tərəfindən sülh əldə etmək istəyi nümayiş etdirməsini gözləməsidir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistin Moskvanın bu görüşdən nə gözlədiyi ilə bağlı sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Ukrayna artıq öz mövqeyini müəyyənləşdirməlidir.
Kursk vilayətindəki vəziyyətə gəlincə, Peskov qeyd edib ki, Rusiya hərbçiləri bölgəni yaraqlılardan təmizləmək üçün əlindən gələni edir. O, bunun həyata keçiriləcəyinə əminliyini bildirib və Rusiya hərbçilərinə uğurlar arzulayıb.