Kreml Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələrlə bağlı sualı cavablandırıbbackend

Amerika silahları artıq Rusiya ərazisinə zərbələr endirməkdə davam edir.

TASS xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

“Çünki indi də Rusiya ərazisi daim Amerika istehsalı olan silahlarla hücuma məruz qalır. Aydındır ki, ukraynalılar bunu edəcək, bütün bunlar bizim tərəfimizdə nəzərə alınır”, – o, Vaşinqtonun Kiyevin Rusiya Federasiyasına Amerika silahları ilə hücumlara icazə verəcəyi təqdirdə Moskvanın reaksiyası ilə bağlı sualı cavablandırarkən deyib.

Peskov əlavə edib ki, Birləşmiş Ştatlar artıq Rusiya-Ukrayna münaqişəsində iştirak edir və onun fikrincə, “əsaslı heç nə dəyişməyəcək”.