Ukraynadakı münaqişəyə ən qısa zamanda son qoyacağına söz verən yeni seçilmiş prezident Donald Trampın başçılıq etdiyi Birləşmiş Ştatlar buna nail olmaq üçün “Koreya ssenarisi”ni irəli sürə bilər. Bu fikri RİA Novosti-yə müsahibəsində Krım parlamentinin rəhbəri Vladimir Konstantinov deyib.
Onun sözlərinə görə, Tramp və tərəfdarları “bir növ Koreya ssenarisini həyata keçirərək” Rusiyanı Ukrayna münaqişəsini dondurmağa və hərbi təmas xəttində bufer zona yaratmağa məcbur etməyə çalışırlar.
Parlamentar xatırladıb ki, ötən əsrin ortalarından Koreya yarımadası müharibə vəziyyətində olub, KXDR və Cənubi Koreya sülh müqaviləsi deyil, atəşkəs imzalayıblar. Hərbisizləşdirilmiş zona yarımadanı iki bərabər hissəyə bölməklə 38-ci paralel boyunca uzanır.