ABŞ-ın enerji blokadası fonunda Kuba Çindən gətirilən günəş panellərindən istifadə etməyə başlayıb.
TASS-ın məlumatına görə, Kubanın Avstriyadakı səfiri Pablo Berti Oliva bunu mətbuat konfransında açıqlayıb.
O qeyd edib ki, “Hazırda Çinlə işləyirik; onlar bizə fotovoltaik sistemlər təqdim edirlər. Biz onlardan, xüsusən də xəstəxanaları enerji ilə təmin etmək üçün istifadə edirik”.
Səfir əlavə edib ki, təəssüf ki, günəş panellərinin enerjisi bütün ölkəni təmin etmək üçün kifayət deyil, lakin günəş enerjisi olmadan Kubanın yaşaması çətin olardı.















