Kuba Maduronu müdafiə edərkən həlak olanlar üçün matəm elan edibbackend

Kuba prezidenti Migel Diaz-Kanel Venesuelada 32 vətəndaşının ölümündən sonra iki günlük milli matəm elan edib.

“2026-cı il yanvarın 5-i səhər saat 6:00-dan 2026-cı il yanvarın 6-sı səhər saat 12:00-dək iki günlük ümummilli matəm elan edilsin”.

Yanvarın 4-də ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Kuba hökuməti Venesueladan sonra ABŞ hakimiyyətinin növbəti hədəfi ola bilər. Lakin o, Vaşinqtonun Havanaya qarşı görəcəyi konkret tədbirləri açıqlamaqdan imtina edib. Rubio qeyd edib ki, ABŞ-ın indiki Kuba hökumətinin tərəfdarı olmadığı “sirr deyil”.

Bundan əvvəl Tramp Venesuela prezidenti Nikolas Maduronu qoruyan “çoxlu kubalı”nın ABŞ-ın Venesueladakı hərbi əməliyyatı zamanı öldürüldüyünü iddia etmişdi.