Kuba ərazi sularına daxil olan Amerika nömrə nişanlı sürət qayığında saxlanılanlar terror niyyəti ilə Kubaya daxil olmaq niyyətində olduqlarını etiraf ediblər.
Bu barədə Kuba Daxili İşlər Nazirliyi Facebook səhifəsində məlumat verib.
Nazirlik qeyd edib ki, Florida nömrə nişanlı sürət qayığında 10 silahlı şəxs olub.
Daha əvvəl ABŞ vitse-prezidenti J.D. Vance bildirib ki, ABŞ hakimiyyəti Kuba ərazi sularında qayıqla bağlı hadisəni ciddi hesab etmir.














