Kür çayında 35 yaşlı şəxs boğulubbackend

Kür çayında 35 yaşlı şəxs boğulub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, oktyabrın 5-də Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev batıb.

Şəxsin meyiti tapılaraq ailəsinə təhvil verilib.