Kür çayında batan şəxsin kimliyi məlum olubbackend

Sabirabadda Kür çayında batan şəxsin kimliyi məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumatına görə, o, Ulacalı kənd sakini, 2006-cı il təvəllüdlü Məmiyev Eldəniz Cabir oğludur.

Məlum olub ki, 19 yaşlı gənc Kür çayında çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.