Fövqəladə Hallar Nazirliyinə (FHN) Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub.
İctimai.az “Report”a istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.
Qəza nəticəsində su nəqliyyat vasitələrində olan beş nəfər yüngül xəsarət alıb.
Hadisə zamanı xəsarət alan və tibb müəssisəsinə yerləşdirilən şəxslər 2011-ci il təvəllüdlü Ə.Vəliyev, 2008-ci il təvəllüdlü Ə.Xudiyev, 1984-cü il təvəllüdlü O.Xudiyev, 2007-ci il təvəllüdlü G.Xudiyeva, 2018-ci il təvəllüdlü T.Xudiyev, 1983-cü il təvəllüdlü X.Vəliyevdir.
Daha iki nəfərə isə hadisə yerində yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.