Kürdə batan üç dostdan birinin meyiti tapıldıbackend

Tovuzda bir neçə gün bundan əvvəl avtomobil ilə birlikdə Kürdə batan üç nəfərdən birinin meyiti tapılıb.

APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli xilasetmə xidmətinin əməkdaşlarının apardıqları axtarışlar nəticəsində meyitin biri Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərizəsindən keçən hissəsində aşkarlanıb.

Meyit şişərək suyun üzərinə çıxıb. Həmin şəxsin kimliyi dəqiqləşdirilir.

Qeyd edək ki, iyunun 3-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində üç dostun içərisində olduğu VAZ-2107 markalı minik avtomobili Kür çayına düşüb. Avtomobildə sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov olub.