Kürdəmirdə avtomobil transformatora çırpıldı, sürücü öldübackend

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı transformatora çırpılıb. Qəza zamanı sürücü – Sığırlı kənd sakini, 2004-cü il təvəllüdlü Qafqaz Şamil oğlu Mənəfli dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.