Bu gün Kürdəmir rayonunda dəhşətli hadisə baş verib.
Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun mərkəzində 15 yaşlı Sərvət Nazim oğlunu cərəyan vurub.
Belə ki, Kürdəmir şəhər 1 saylı orta məktəbin doqquzuncu sinif şagirdi olan Sərvət dəmiryol xəttinin dirəyinə çıxıb. Bu zaman, o, ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik xəttinə toxunub. Nəticədə yeniyetmə ağır xəsarətlər alıb.
Bildirilir ki, məktəbli dərsdən evə gedərkən dostları ilə dirəyə çıxmaqla bağlı mərcləşib və bu zaman bədbəxt hadisə baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.















