Kürdəmirdə minik avtomobili traktora çırpıldıbackend

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Ağsu-Kürdəmir-İmişli yolunda qeydə alınıb.

N.Əbilovun idarə etdiyi traktorla İ.Hüseynovun idarə etdiyi VAZ markalı avtomobil toqquşub.

Qəza zamanı minik avtomobilində olan iki nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Qəza ilə bağlı ərazi polis orqanında araşdırma aparılır.