Kürdəmirdə yük və minik maşınları toqquşdu, ata və oğul öldübackend

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən körpünün üzərində qeydə alınıb.

Kürdəmir rayon sakini, 42 yaşlı Cavadov Xaliq Durmuş oğlunun idarə etdiyi “KaMAZ” markalı yük maşını körpünün üzərində hərəkətdə olarkən qarşı tərəfdən gələn, 29 yaşlı Quliyev Ərzuman İlqar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ-2107”in sürücüsü və sərnişini, 53 yaşlı Quliyev İlqar Səməd oğlu elə hadisə yerindəcə vəfat ediblər.