Kürdəxanıda obyektdəki yanğın tam söndürülübbackend

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.

Oxu.Az xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 2000 kv.m. olan istixana kompleksinin inzibati binası 560 kv.m. sahədə yanıb.

İnzibati binanın böyük hissəsi və bitişik tikilmiş istixanalar yanğından mühafizə olunub.