Kursk vilayətində raket təhlükəsi elan edilibbackend

Kursk vilayətinin qubernatoru Roman Starovoit bölgədə raket təhlükəsi olduğunu açıqlayıb. O, bu barədə Telegram kanalında yazıb.

Starovoit bölgə sakinlərini pəncərəsiz və möhkəm divarlı otaqlara: dəhlizdə, hamamda, kilerdə sığınmağa çağırıb.

“Küçədəsinizsə, ən yaxın binaya və ya uyğun sığınacağa gedin” deyə siyasətçi vurğulayıb.

Mənbə: TASS