KVN komandalarının müəllifi və bədii rəhbəri Stanislav Aqafonov vəfat edibbackend

KVN komandalarının müəllifi və bədii rəhbəri Stanislav Aqafonov 40 yaşında dünyasını dəyişib. Bu barədə Rusiyanın xalq artisti, Vernadski prospektindəki Böyük Moskva Dövlət Sirkinin baş direktoru Edqar Zapaşnı öz Telegram kanalında məlumat verib.

O qeyd edib ki, Aqafonov bir sıra KVN komandalarının, o cümlədən “Böyük Moskva Sirkinin Komandası”nın ən titullu müəlliflərindən və bədii rəhbərlərindən biri olub.

“Bu yaxınlarda Stanislavın isti sözlərini xatırladım, çünki onunla işləmək çox xoş idi” deyə Zapaşnı yazıb.

Mənbə: Lenta.ru