KXDR-də uzaqmənzilli artilleriya təlimləri keçirilibbackend

Koreya Xalq Ordusu (KPA) – KXDR silahlı qüvvələri Seulu vura bilən artilleriya əməliyyatını sınaqdan keçirib. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

“Təlimlər düşmənin paytaxtını hücuma keçirməklə yanaşı, dövlət sərhədi yaxınlığında müharibənin qarşısının alınması üçün mühüm hərbi tapşırıqları yerinə yetirən uzaqmənzilli artilleriya bölmələrinin nümunəvi atəşi ilə başlayıb. Təlimlərin məqsədi iri KPA birləşmələrinin artilleriya bölmələrinin atəş zərbəsi endirmək qabiliyyətinin yoxlanılması və qiymətləndirilməsidir”, – deyə KPA-nın mətbuat xidmətindən bildirilib.

Cənubi Koreyanın paytaxtı Seul Şimali Koreya ilə sərhəddən 24 kilometr aralıda yerləşir və KPA bu məsafəni aşan məsafələrdə atəş açmağa qadir olan bir neçə top artilleriya sistemi ilə silahlanıb.

Mənbə: Haber.com