KXDR-in kəşfiyyat peyki mayın 31-dən iyunun 11-dək orbitə buraxılacaqbackend

Yaponiyanın Kyodo Tsuşin xəbər agentliyinin məlumatına görə, Şimali Koreya yaxın günlərdə kəşfiyyat peykini orbitə çıxaracaq.

KXDR hakimiyyəti Yaponiya Sahil Mühafizəsi ilə əlaqə saxlayıb və peykin buraxılması ilə əlaqədar mayın 31-dən mayın 11-dək olan müddətdə dənizdə təhlükə zonası yaradacaqları barədə xəbərdarlıq edib.

Pxenyanın uzaqmənzilli ballistik raket buraxmağa hazırlaşdığı güman edilir. Yaponiya hökuməti özünü təmkinli olmağa və fövqəladə hallara hazır olmağa çağırıb.

Bundan əvvəl bildirilmişdi ki, KXDR lideri Kim Çen In Şimali Koreyanın ilk hərbi kəşfiyyat peykinin orbitə buraxılmasına hazırlaşan komitənin işi ilə şəxsən tanış olub. Kim Çen In hərbi kəşfiyyat peyklərinin strateji xarakter daşıdığını vurğulayıb. KXDR rəhbəri hərbi kəşfiyyat peyklərinin buraxılışına hazırlıq üzrə komitənin gələcək fəaliyyət planını təsdiqləyib.

Mənbə: Reuters