KXDR lideri ABŞ-la danışıqlara icazə veribbackend

Şimali Koreya ABŞ-la danışıqlara hazırdır, lakin Pxenyan müdafiə qabiliyyətini gücləndirməlidir.

TASS xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.

O, avqustun 4-də 250 yeni taktiki raket kompleksinin qoşunlara təhvil verilməsi mərasimində çıxış edib.

“Həm danışıqlar, həm də qarşıdurma bizim seçimimiz ola bilər, lakin biz qarşıdurmaya daha diqqətlə hazır olmalıyıq”, – KXDR lideri bildirib.