KXDR raketinin Yapon dənizi üzərində uçuş məsafəsi 350 km olubbackend

Mayın 30-na keçən gecə KXDR tərəfindən buraxılan on ballistik raketdən ən azı birinin uçuş məsafəsi Yapon dənizi üzərində 350 kilometr olub.

TASS bu barədə Yaponiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Maksimum uçuş hündürlüyü 100 kilometr olaraq qiymətləndirilir; bütün raketlər Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Yaponiyanın baş naziri Fumio Kişida bu atışları BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması hesab edib və bildirib ki, Yaponiya bununla bağlı artıq Şimali Koreyaya etirazını bildirib.